Son dəqiqə

Gürcüstan Türkiyə Ticarət nazirliyi

Türkiyənin Gürcüstana dəri məhsulları ixracı xeyli azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin Gürcüstana dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz azalaraq, 10 milyon 309 min 17 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə Gürcüstana 1 milyon 678 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 6,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz azalaraq, 1 milyard 36 milyon dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 148 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 11,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 1 milyard 569 milyon dollar məbləğində dəri məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər