Bakı, TurkicWorld
2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin Qırğızıstana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 91,2 faiz azalaraq, 3,4 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin avqust ayında Türkiyə Qırğızıstana 329 min dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 47 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,4 faiz azalaraq, 2 milyard 889 milyon dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 364 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 7,8 faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023 – avqust 2024) Türkiyə 4 milyard 333 milyon dollar məbləğində sement məhsulları ixrac edib.