Bakı, TurkicWorld
2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin Pakistana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalaraq, 5 milyon 579 min 79 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin avqust ayında Türkiyə Pakistana 467 min 49 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 27 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq, 5 milyon 168 min 790 dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 666 min 177 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 1,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 7 milyon 885 min 806 dollar məbləğində mebel ixrac edib.