Bakı, TurkicWorld
Bakıda VIII Mühasib və Auditorların Avrasiya Forumu keçirilir.
TurkicWorld xəbər verir ki, forumda Azərbaycanın maliyyə nazirinin müavini Azər Bayramov, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti Ziyad Səmədzadə, Beynəlxalq Mühasiblər Federasiyasının prezidenti Asma Resmouki və digər şəxslərin çıxış etməsi gözlənilir.
Forumun mövzuları arasında SOCAR-ın davamlı inkişaf üzrə hesabatlarının son illərdəki inkişafı, maliyyə hesabatlığında davamlı inkişafla bağlı yeni tələblər, vergi siyasətinin "yaşıl" iqtisadiyyatda rolu, dövlət auditorlarının iqlim böhranına və enerji keçidinə reaksiyası, Azərbaycan-2030: davamlı maliyyələşdirmənin hüquqi tənzimlənməsi və ESG gündəliyi yer alır.
Forum çərçivəsində anlaşma memorandumun imzalanması gözlənilir.
Xəbər yenilənəcək