Bakı, TurkicWorld
Kibertəhlüksizliyin təmini ölkəmiz üçün pioritet məsələdir.
TurkicWorld xəbər verir ki, bunu Bakıda keçirilən dördüncü ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ (ICSD-2024) konfransında PROSOL" şirkətinin İdarə heyətinin sədri Babək Ağayev deyib.
O bildirib ki, ölkəmizin güclü kibertəhlükəsizlik şirkətlərinə ehtiyacı var.
"Hazırda tədbirdə 300-ə yaxın şirkət iştirak edir. Bu sahədə dövlət və özəl şirkətlərin birgə əməkdaşlığı önəmlidir", - deyə o qeyd edib.
Qeyd edək ki, Bakıda növbəti – dördüncü ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ (ICSD-2024) konfransı keçirilir. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və "PROSOL" şirkətinin birgə təşkilatçılığı ilə ‘‘Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik’’ mövzusuna həsr olunan konfransda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, həmçinin dövlət qurumları, özəl müəssisəsə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslər iştirak edirlər.