Son dəqiqə

İyul statistikaları Zonguldak limanı

Zonguldak limanı 6 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin Zonguldak limanı 6 milyon 428 min 270 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Zonguldak limanından Türkiyə bayrağı altında üzən 83 min 925 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 6 milyon 344 min 345 ton yük daşınıb.

2024-cü ilin yanvar-iyul aylarında Zonguldak limanından 26 ton tranzit yük aşırılıb.

Qeyd edək ki, 2024-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 203 min 883 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 578 min 844 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 625 min 39 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin iyul ayında Türkiyə limanlarından 6 milyon 460 min 580 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 236 milyon 289 min 828 ton yük qəbul edib.

Mövzuya görə xəbərlər