Bakı. TurkicWorld
2024-cü ilin yanvar-iyul ayında Türkiyədə Almaniya kapitalı ilə 121 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 59 şirkət azdır.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Almaniya şirkətlərinin məcmu kapitalı bir milyard 12 milyon 42 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm bir milyard 42 milyon 340 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyul ayında Almaniya şirkətlərinin əksəriyyəti İstanbulda (58) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Almaniya şirkətlərinin ümumi kapitalı 63 milyon 798 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-iyul ayında Türkiyədə Almaniya kapitalı ilə 38 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.