Son dəqiqə

TOBB BƏƏ

Türkiyədə qurulan BƏƏ şirkətlərinin məcmu kapitalı 1 milyard lirəni keçib (ÖZƏL)

Bakı. TurkicWorld

2024-cü ilin yanvar-iyul ayında Türkiyədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kapitalı ilə 69 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24 şirkət azdır.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Birləşmiş Ərəb Əmirlikləri şirkətlərinin məcmu kapitalı 1 milyard 647 milyon 628 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 619 milyon 519 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyul ayında Birləşmiş Ərəb Əmirlikləri şirkətlərinin əksəriyyəti İstanbulda (62) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Birləşmiş Ərəb Əmirlikləri şirkətlərinin ümumi kapitalı 1 milyard 640 milyon 828 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-iyul ayında Türkiyədə Birləşmiş Ərəb Əmirlikləri kapitalı ilə 29 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər