Bakı, TurkicWorld
2024-cü ilin yanvar-iyul ayında Türkiyədə Rusiya kapitalı ilə 80 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 471 şirkət azdır.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya şirkətlərinin məcmu kapitalı 639 milyon 525 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 89 milyon 694 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyul ayında Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (47) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Rusiya şirkətlərinin ümumi kapitalı 16 milyon 273 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-iyul ayında Türkiyədə Rusiya kapitalı ilə 44 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.