Bakı. TurkicWorld
2024-cü ilin iyul ayında Türkiyənin Diyarbakır Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz arataraq, 1 milyon 240 min 836 nəfər olub.
Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin iyul ayında hava limanında daxili reyslər üzrə sərnişindaşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq, 1 milyon 154 min 366 nəfər, beynəlxalq reyslər üzrə isə 22 faiz artaraq 86 min 470 nəfər təşkil edib.
2024-cü ilin iyul ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 11 min 916 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 10 min 146 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 24 faiz azalaraq, 1 min 770 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin iyun ayı ilə müqayisədə 2 faiz azalaraq, 7 min 556 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz azalaraq, 6 min 919, beynəlxalq reyslər üzrə isə 18 faiz artaraq 637 olub.
Bu ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 129 milyon 602 min 954 nəfər, yük daşınması isə 2 milyon 740 min 269 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.