Bakı, TurkicWorld
Türkiyədə hər bir vergi idarəsinə 5 milyon lirə və daha çox vergi borcu ilə yanaşı cəzası olan vergi ödəyicilərinin adları ictimaiyyətlə paylaşacaq.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin maliyyə naziri Mehmet Şimşek, vergilərdə ədalətin gücləndirilməsi istiqamətində atılan addımlarla bağlı çıxışında danışıb.
“Biz adlarının siyahılara salınmasını istəməyən vergi ödəyicilərinə sentyabrın sonuna qədər vaxt veririk”, - deyə Şimşek qeyd edib.
O əlavə edib ki, qeyri-rəsmiliklə mübarizə, vergidə ədalət və səmərəliliyinin təmin edilməsi nazirlik olaraq həyata keçirdikləri iqtisadi proqramların ən mühüm komponentlərindən biridir.
Hökumət olaraq bu istiqamətdə müxtəlif işlər həyata keçirdiklərini ifadə edən Şimşək, "Vergilərdə ədalətin gücləndirilməsi istiqamətində addımlar atmağa davam edirik. Vaxtı keçmiş, lakin ödənilməmiş vergi və cərimə borcu olan vergi ödəyicilərinin siyahılarının açıqlanması üçün göstəriş vermişik. Hər bir vergi idarəsinə 5 milyon lirə və daha çox vergi borcları və cərimələri olan vergi ödəyicilərinin adlarını ictimaiyyətlə paylaşacağıq",- deyə bildirib.
Şimşək, bu çərçivədə vergi ödəyicisi məlumatlarını ehtiva edən siyahıların 15-31 oktyabr 2024-cü il tarixləri arasında Türkiyə daxilindəki bütün vergi idarələrində, 1-15 noyabr 2024-cü il tarixləri arasında isə Gəlirlər İdarəsinin internet saytında dərc ediləcəyini açıqlayıb.
Qeyd edək ki, vergi borcu olan şəxslərin və ya şirkətlərin ictimaiyyət tərəfindən bilinməsi onlara iqtisadi cəhətdən mənfi təsir edə bilər. Özəlliklə birjada olan şirkətlərin səhmlərinin ucuzlaşmasına gətirib çıxara bilər.