Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyənin İrana dəri məhsulları ixracı bir milyon dolları keçib (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar - iyul aylarında Türkiyənin İrana dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,6 faiz azalaraq, 1,4 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə İrana 346,6 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 29,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz azalaraq, 888 milyon dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 138 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 1 milyard 589 milyon dollar məbləğində dəri məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər