Bakı, TurkicWorld
2024-cü ilin yanvar – iyul aylarında Türkiyənin Çinə kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz artaraq, 312,2 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyul ayında Türkiyə Çinə 63,8 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 334,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Türkiyənin 2024-cü ilin yanvar-iyul aylarında kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq 18 milyard 420 milyon dolları ötüb.
“2024-cü ilin iyul ayında Türkiyənin dünya bazarlarına kimyəvi məhsul ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 19,4 faiz artaraq, 2 milyard 596 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 32 milyard 88 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib.