Bakı, TurkicWorld
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Sloveniya Respublikasının ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə görüşüb.
TurkicWorld xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Sloveniya arasında enerji sektorunda əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, təbii qaz təchizatı sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğu vurğulanıb.
Görüş çərçivəsində SOCAR ilə Sloveniyanın ən böyük təbii qaz təchizatı şirkəti "Geoplin" arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.