Azərbaycanla Rusiya arasında kruiz əlaqəsinin açılması böyük potensiala malikdir - İqor Babuşkin

Azərbaycanla Rusiya arasında kruiz əlaqəsinin açılması böyük potensiala malikdir - İqor Babuşkin

Azərbaycanla Rusiya arasında kruiz əlaqəsinin açılması böyük potensiala malikdir.

Bunu Trend-ə müsahibəsində Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin deyib.

"Fikrimizcə, Azərbaycanla Rusiya, xüsusilə də Həştərxan vilayəti arasında kruiz əlaqəsinin mümkün açılışı böyük potensiala malikdir, belə ki, biz bu məsələni Xəzəryanı tərəfdaşlarımızla iki ildir müzakirə edirik", - deyə o, bildirib.

Qubernator xatırladıb ki, ilk dəfə bu fikir Türkmənistanda birinci Xəzər beynəlxalq iqtisadi forumunda səsləndirilib.

"Bu kruiz əlaqəsinin açılışının flaqmanı "Böyük Pyotr" "çay-dəniz" tipli teploxod ola bilər", - İ.Babuşkin deyib.