Həştərxan və Azərbaycan iş mərkəzləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Həştərxan və Azərbaycan iş mərkəzləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakıda yerleşən "Həştərxan İş Mərkəzi" və Həştərxan şəhərində yerləşən "Azərbaycan İş Mərkəzi" arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

TurkicWorld-un məlumatına görə, sənəddə qeyd edilir ki, memorandumun predmeti tərəfdaşlıq əlaqələrinin yaradılması və birgə layihələrin həyata keçirilməsinə yönəlmiş tərəflərin uzunmüddətli, səmərəli və qarşılıqlı faydalı əməkdaşlığının inkişafıdır.

Tərəflər birgə layihələrin təşviqinə və həyata keçirilməsinə köməklik, məlumatların təqdim edilməsi və mübadiləsi, konfransların, forumların, seminarların təşkili və birgə iştirakı, ictimai təşkilatlar və ekspert birliyilə qarşılıqlı əlaqə, humanitar sahədə qarşılıqlı fəaliyyət, təcrübə və/və ya təcrübə dövrünə göndəriş və qəbul, turizm sahəsində əməkdaşlıq, Azərbaycan və Həştərxan sahibkarları arasında əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş sərgilərin və müxtəlif tədbirlərin birgə təşkili, qarşılıqlı ticarət və digər sahələrdə əməkdaşlıq barədə razılığa gəliblər.