Yanvar-fevral aylarında Türkiyənin Azərbaycana hazır geyim məhsulları ixracı 10 milyon dolları ötüb (ÖZƏL)

Yanvar-fevral aylarında Türkiyənin Azərbaycana hazır geyim məhsulları ixracı 10 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin Azərbaycana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz azalaraq, 10,1 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə Azərbaycana 5,3 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 22,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz azalaraq, 2,9 milyon dollara bərabər olub.

Bu ilin fevral ayında Türkiyə 1,5 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 4,6 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023-fevral 2024) Türkiyə 19 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

X: Lamanasadli01