Bakı. TurkicWorld:
2024-cü ilin yanvar ayında Türkiyənin Azərbaycana avtomobil sənayesi məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 26,4 faiz azalaraq, 5,7 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024-yanvar 2023) Türkiyə 35,1 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 35 milyard dollara bərabər olub.
2023-cü ilin dekabr ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,1 faiz çoxdur.
X: Lamanasadli01