Qarabağın inkişafına türk iş adamları olaraq böyük töhfə verəcəyik - MÜSİAD-ın sədri

Qarabağın inkişafına türk iş adamları olaraq böyük töhfə verəcəyik - MÜSİAD-ın sədri

Bu gün 25-ci Beynəlxalq Biznes Forumu çərçivəsində Bakıdayıq. Xaricdən 150, Türkiyədən 450 olmaqla, ümumilikdə 600-ə yaxın iş adamı ilə bu forumda iştirak edirik. Burada güclü bir əməkdaşlıq həyəcanı və istəyi var. Qarabağın inkişafına türk iş adamları olaraq böyük töhfə verəcəyik.

Bunu TurkicWorld-a açıqlamasında Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalı deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan arasında hər zaman dilə gətirilən "Tək millət, iki dövlət" deyimi artıq ticarət həyatına da sürətlə nüfuz edir.

"MÜSİAD olaraq bu forumu keçirərək Azərbaycana verdiyimiz dəyəri göstəririk. Bu gün başlayan forum ölkənin tanıtımı ilə bağlı panellərlə davam edir. Təkbətək görüşlər keçirilir. Biz Azərbaycan xalqını öz xalqımızdan ayırmırıq. İkinci Qarabağ müharibəsi zəfəri Türkiyədə də çox böyük coşqu ilə qeyd edildi. Ümid edirik ki, Azərbaycan bir daha bu cür işğal halları ilə qarşılaşmaz. Qazanılan Zəfərdən sonra heç kəs Azərbaycanın torpaqlarına göz dikə bilməz. Bu mərhələdən sonra Qarabağın yenidən bərpası, orada yaradılacaq infrastrukturlar haqqında düşünürük. Bu forum çərçivəsində çox gözəl əməkdaşlıqlara imza atacağıq. Qarabağın inkişafına türk iş adamları olaraq böyük töhfə verəcəyik.

Qeyd edək ki, bu gün Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumu (IBF- International Business Forum) işə başlayıb.

Tədbirdə bir sıra ölkələrdən iş adamları və dövlət xadimləri iştirak edib.

Tədbirdə iştirak etmək üçün Türkiyədən 550 iş adamı gəlib. Forum zamanı Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri, investisiyalar və digər məsələlər müzakirə olunub.

IBF-in rəsmi media tərəfdaşları Trend BİA, Day.az və turkic.world media layihəsidir.