Qeyri-neft sektoru üzrə büdcə gəlirləri artıb

Qeyri-neft sektoru üzrə büdcə gəlirləri artıb

Bakı. TurkicWorld:

Ötən il qeyri-neft sektoru üzrə büdcə gəlirləri ümumi daxilolmaların 49%-ni faizini təşkil etməklə 17 mlrd. 418,4 mln. manat məbləğində icra edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı 2023-cü il üzrə Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumatda deyilir.

Bu da proqnozla nəzərdə tutulduğundan 1 mlrd. 267,6 mln. manat (7,8 faiz), 2022-ci illə müqayisədə isə 2 mlrd. 68,4 mln. manat və ya 13,5% çoxdur.

Vergi daxilolmaları və dövlət rüsumları üzrə dövlət büdcəsinə ümumi gəlirlərin 45,3% həcmində və ya 16 mlrd. 126,7 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 1 mlrd. 139,7 mln. manat və ya 7,6%, 2022-ci illə müqayisədə isə 583,7 mln. manat və ya 3,8% çoxdur.

Həmin vəsaitin 60,2%-i və ya 9 mlrd. 707,9 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 722,9 mln. manat və ya 8%, 2022-ci illə müqayisədə isə 1571,5 mln. manat və ya 19,3% çox olub.

Neft-qaz sektoru üzrə dövlət büdcəsinə təmin edilmiş vergi daxilolmaları 6418,8 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 416,8 mln. manat və ya 6,9% çoxdur.