Cari ildə qeyri-neft qaz sektorunun bütün sahələrində artım qeydə alınıb - Mikayıl Cabbarov

Cari ildə qeyri-neft qaz sektorunun bütün sahələrində artım qeydə alınıb - Mikayıl Cabbarov

Bakı. TurkicWorld:

Cari ildə qeyri-neft qaz sektorunun bütün sahələrində artım qeydə alınıb.

TurkicWorld -in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi zaman iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, qeyri-neft qaz sektorunda istehsalın artımına sənaye zonalarının istehsalı müsbət təsir göstərir. Onun sözlərinə görə, cari ildə qeyri-neft qaz ixracında 11 faiz artım müşahidə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində tərtib edilib.