2024-ci ildə qeyri-neft sektorundan mənfəət vergisinin artacağı gözlənilir

2024-ci ildə qeyri-neft sektorundan mənfəət vergisinin artacağı gözlənilir

Bakı. TurkicWorld:

Qeyri-neft sektoru üzrə mənfəət vergisi cari ilin proqnozu ilə müqayisədə 279,9 milyon manat və ya 9,5 faiz, 2022-ci ilin icrası ilə müqayisədə 620,8 milyon manat və ya 23,8 faiz çox nəzərdə tutulur.

TurkicWorld xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin dövlət büdcəsinin layihəsində bildirilib.

Qeyri-neft sektoru üzrə mənfəət vergisinin artımına səbəb cari ildə qeyri-neft ÜDM-in gözlənilən nominal artım tempinin 11,2 faiz, növbəti ildə isə 8,4 faiz, inflyasiya səviyyəsinin isə müvafiq olaraq cari ildə 9,5 faiz, növbəti ildə isə 5,3 faiz nəzərə alınması, makroiqtisadi göstəricilərə əsasən nominal ifadədə turizmin 20,1 faiz, informasiya və rabitənin 9,5 faiz, sosial və digər xidmətlərin 7,8 faiz, qeyri-neft sənayesinin 12,2 faiz, ticarətin 8,5 faiz, tikinti sektorunun 4,7 faiz artması, həmçinin Azərbaycan Respublikasında uçot və hesabatlılığın təkmilləşdirilməsi tədbirlərinin genişləndirilməsi nəticəsində vergitutma obyekti olan maliyyə-təsərrüfat əməliyyatlarının bilavasitə təqdim olunan vergi hesabatlarında öz əksini tapması və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə müəyyən olunan strateji inkişaf hədəfləri üzrə ortamüddətli iqtisadi və sosial inkişaf proqnozlarının nəzərə alınması olmuşdur.