Son dəqiqə

Azərbaycan Dövlət Gömrük Komitəsi Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE)

Azərbaycan bir neçə ölkədən idxal məhdudiyyətini qaldırıb

İtaliya, Bolqarıstan, Polşa, İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya ölkələrinin məhdudiyyət tətbiq edilən inzibati ərazi vahidlərindən Azərbaycan Respublikasına bütün növ diri quş, quş əti, quşçuluq məhsullarının və damazlıq yumurtanın idxalına tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.

Bu barədə TurkicWorld-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İtaliya, Bolqarıstan, Polşa, İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya ölkələrinin bir sıra inzibati ərazi vahidlərində qeydə alınmış yüksək və aşağı patogen quş qripi xəstəliyi aradan qaldırılıb. OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, yüksək və aşağı patogen quş qripi xəstəliyinin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və vilayətlərin epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar olaraq AQTA tərəfindən İtaliya, Bolqarıstan, Polşa, İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya ölkələrinin məhdudiyyət tətbiq edilən inzibati ərazi vahidlərindən Azərbaycan Respublikasına bütün növ diri quş, quş əti, quşçuluq məhsullarının və damazlıq yumurtanın idxalına tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.

Eyni zamanda aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə məlumat verilib.

Mövzuya görə xəbərlər