Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub.

Dövlət Statistika Komitəsindən TurkicWorld-a verilən məlumata görə, neft-qaz məhsulları üzrə ixracın 37,8 faizini İtaliyaya, 13,6 faizini Türkiyəyə, hər biri 4,2 faiz olmaqla Xorvatiya və Rusiyaya, 4,0 faizini İspaniyaya, 3,8 faizini Hindistana, hər biri 3,6 faiz olmaqla Gürcüstan və İsrailə, 2,7 faizini Tunisə, hər biri 2,4 faiz olmaqla Ukrayna və Portuqaliyaya, 2,2 faizini Birləşmiş Krallığa, 1,7 faizini Almaniyaya, 1,6 faizini İsveçrəyə, 1,1 faizini Kanadaya, hər biri 1,0 faiz olmaqla Tailand, Yunanıstan, Çin və Belarusa, 7,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,0 faiz), Türkiyəyə (25,7 faiz), İsveçrəyə (9,8 faiz), Gürcüstana (6,9 faiz), ABŞ-a (3,0 faiz), Ukraynaya (1,9 faiz), Çinə (1,6 faiz), Qazaxıstana (1,4 faiz), Türkmənistana (1,4 faiz), Belçikaya (1,3 faiz), Braziliyaya (1,1 faiz), Birləşmiş Krallığa (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.