Son dəqiqə

Azərbaycan Türkiyə Azərkosmos Əhməd Yozqatlıgil

Azərbaycan və Türkiyə aşağı orbitli peyklər sahəsində əməkdaşlıq edə bilərlər - Nazir müavini

Bakı. TurkicWorld:

Azərbaycan və Türkiyə aşağı orbitli peyklər sahəsində əməkdaşlıq edə bilərlər.

Bu barədə TurkicWorld -ə Türkiyənin sənaye və texnologiyalar nazirinin müavini Əhməd Yozqatlıgil deyib.

"Türkiyənin kosmik sənayesi çox güclü inkişaf edir. Fikrimcə, Azərbaycanla ("Azərkosmos" ASC) aşağı orbitli peyklər, o cümlədən əşyaların interneti və müşahidə, eləcə də kosmik uçuşlar sahəsində əməkdaşlıq edə bilərik", - deyə o vurğulayıb.

Qeyd edək ki, aşağı orbitli peyklər Yerdən nisbətən aşağı hündürlükdə, adətən planetin səthindən 2 min kilometrədək hündürlükdə yerləşən süni kosmik obyektlərdir. Onlar Yerin ətrafında yüksək sürətlə dövr edərək Yerin çəkilişi, rabitənin təmin olunması, naviqasiya və kosmosun elmi tədqiqi kimi müxtəlif tapşırıqlar yerinə yetirirlər. Aşağı orbitli peyklər qlobal kommunikasiyalar, naviqasiya və meteoroloji informasiyaya çıxış imkanı təmin etməklə insanların gündəlik həyatında mühüm rol oynayır.

"Azərkosmos" ASC kosmik tədqiqatların potensialının artırılması üzrə proqramların hazırlanmasında maraqlıdır.

Hazırda "Azərkosmos" üç peyki idarə edir və gələcək nəsillər üçün daha qarşılıqlı əlaqəli, inkişaf etmiş və təhlükəsiz dünya yaratmağa çalışır. "Azərkosmos" ASC-nin məqsədi Azərbaycanda kosmik ekosistemin yaradılmasıdır.

Mövzuya görə xəbərlər