Bakı. TurkicWorld:
Beynəlxalq Valyuta Fondu (BVF) 2023-cü ildə Azərbaycanın ümumdaxili məhsulunun 77,4 milyard dollar olacağını gözləyir. Halbuki öncəki hesabatda bu göstərici 70 milyard dollar səviyyəsində proqnozlaşdırılırdı.
TurkicWorld xəbər verir ki, BVF 2024-cü ildə Azərbaycanda nominal ÜDM-in 81 milyard dollar olacağına dair nikbin proqnoz verib.
Qeyd edək ki, 2023-cü ilin may ayındakı hesabatda isə bu göstərici 74,7 milyard dollar olub.
Maliyyə institutu Azərbaycanda real ÜDM artımının 2023 və 2024-cü illərdə 2,5 faiz olacağını gözləyir.
Xatırladaq ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın ÜDM-i 2022-ci ilin analoji dövrü ilə müqayisədə 0,8 faiz artaraq, 90,812 milyard manata çatıb.
2023-cü ilin hesabat dövründə qeyri-neft sektorunda əlavə dəyər 2022-ci ilin analoji dövrü ilə müqayisədə 3 faiz artıb, neft-qaz sektorunda isə 1,5 faiz azalıb.
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM təqribən 8949 manat olub.







