Sentyabr ayında Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 30 milyona yaxınlaşıb (ÖZƏL)

Sentyabr ayında Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 30 milyona yaxınlaşıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin sentyabr ayında Türkiyənin Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 17 faiz artaraq, 28 milyon 929 min 997 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 9 faiz artaraq 4 milyon 788 min 458 nəfər, beynəlxalq reyslər üzrə isə 18 faiz artaraq 24 milyon 141 min 539 nəfər təşkil edib.

Bu ilin sentyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 356 min 439 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 46 min 819 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 13 faiz artaraq, 309 min 620 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 181 min 74 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 10 faiz dəyişərək 34 min 704, beynəlxalq reyslər üzrə isə 18 faiz artaraq 146 min 370 olub.

2023-cü ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 165 milyon 177 min 396 nəfər, yük dövriyyəsi isə 3 milyon 162 min 222 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Ləman Əsədli

Twitter: lamanasadli01