Bakıda Azərbaycan - Türkiyə Biznes Forumu keçirilir.
TurkicWorld-un məlumatına görə, forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Türkiyə İxracatçılar Məclisinin (TİM) təşkilatçılığı ilə baş tutub.
Forumda Azərbaycan və Türkiyə tərəfindən ümumilikdə 20-dən çox şirkət iştirak edir.
Forum çərçivəsində B2B formatında görüşlərin keçirilməsi planlaşdırılır.







