...

Bu il investisiya layihələrinin maliyyələşdirilməsinə 50 milyon manata yaxın güzəştli kredit verilib

İqtisadiyyat Digər xəbərlər 24 Sentyabr 2021 12:01
TurkicWorld Aytac Aliyeva
Bu il investisiya layihələrinin maliyyələşdirilməsinə 50 milyon manata yaxın güzəştli kredit verilib

Özəl sektora dövlət dəstəyi çərçivəsində 2021-ci ilin yanvar-avqust ayları ərzində 945 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,4 milyon manat güzəştli kredit verilib.

TurkicWorld-un məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov twitter hesabında yazıb.

Nazir bildirib ki, güzəştli kreditlərin 59,2%-i kənd təsərrüfatı, 24,2%-i sənaye məhsullarının istehsalı və emalı, 16,6%-i isə digər sahələrə verilib. Kreditlərin 97,5%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür:

"Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1.400-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq".

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti