MÜSİAD Azərbaycan Türkiyənin mədəniyyət və tanıtma attaşesi ilə görüşüb

MÜSİAD Azərbaycan Türkiyənin mədəniyyət və tanıtma attaşesi ilə görüşüb

Bakı. TurkicWorld:

MÜSİAD Azərbaycan Türkiyənin mədəniyyət və tanıtma attaşesi ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli və idarə heyəti üzvləri, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma attaşesi Muhittin Macit ilə görüşüb.

Görüş zamanı tərəflər arasında məlumat mübadiləsi aparılıb, birgə həyata keçirilə biləcək layihələr qiymətləndirilib.

Məlumat üçün qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.

Bu il MÜSİAD 33 yaşını qeyd edib.

Aytac Süleymanova

Twitter: a_alieva_