Son dəqiqə

Azərbaycan Çin Dövlət Vergi Xidməti ikiqat vergitutma

Azərbaycan və Çin arasında ikiqat vergitutmanın aradan qaldırılması müzakirə edilir

Bakı. TurkicWorld:

Azərbaycanla Honkonq arasında ikiqat vergitutmanın aradan qaldırılması barədə saziş layihəsi üzrə danışıqlar keçirilib.

Dövlət Vergi Xidmətindən TurkicWorld-ə verilən məlumata görə, iyulun 11-13 tarixlərində Çin Xalq Respublikasının Honkonq şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisi arasında gəlirə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" layihəsi üzrə danışıqların birinci raundu baş tutub.

Azərbaycan tərəfindən danışıqlarda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi iştirak ediblər. Honkonq Xüsusi İnzibati Ərazisi tərəfindən isə Daxili Gəlirlər Departamentinin səlahiyyətli şəxsləri danışıqlara qatılıb.

Müzakirələrin nəticəsi olaraq, saziş layihəsinin vergitutma ilə bağlı bütün müddəaları üzrə tam razılıq əldə olunub, açıq qalan digər maddələrin razılaşdırılması istiqamətində qarşılıqlı olaraq müvafiq işlərin aparılacağı qərara alınıb. Sonda tərəflər razılaşdırılmış məsələlərlə bağlı sənəd imzalayıblar.

Mövzuya görə xəbərlər