Yanvar-iyun aylarında Türkiyənin BƏƏ-nə avtomobil sənayesi məhsulları ixracının həcmi açıqlanıb

Yanvar-iyun aylarında Türkiyənin BƏƏ-nə avtomobil sənayesi məhsulları ixracının həcmi açıqlanıb

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Birləşmiş Ərəb Əmirliklərinə avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz artaraq 79,8 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə BƏƏ-nə avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 4,8 faiz artaraq 12,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq, 17,3 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 3 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 8,7 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 33,1 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.