Bakı. TurkicWorld:
"Abşeron" qaz-kondensat yatağı il ərzində 1,5 mlrd kub metr təbii qaz və təqribən 500 min barell kondensat verilməsi deməkdir.
Bunu bu gün TurkicWorld-ə açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban deyib.
Onun sözlərinə görə, qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur. Kondensat isə Bakı-Tibilisi-Ceyhan boru kəməriylə xarici bazara çıxarılır.
"Bu ildə 4 milyon bareldən artıq həcmdir. Belə olduqda Bakı-Tibilisi-Ceyhanın səhmdarları daşıma şirkəti kimi əlavə qazanc əldə edirlər. Bundan başqa Azərbaycan daxili bazarına 1,5 milyard kubmetr qaz alır və bu qaz ölkənin qaza artan tələbatını ödəyir. Azərbaycan son iki ildir ki, qaz həmlərini idxal edir. İdxal həcmini azalda bilib. Azərbaycan daxili bazarı üçün Şahdəniz yatağından hər il 4 milyard kubmetr qaz alır və bu həcmləri azalda bilir. Əvəzində Şahdəniz yatağından xarici bazarda qaz ixracının artırılması üçün imkanlar əldə edir. Bunun nəticəsində istər Türkiyə istərsə də Avropa bazarında satış həcmlərini artırmaq imkanı qazanırıq".
Ekspert qeyd edib ki, ötən il 11,4 milyard kubmetr Avropa bazarında qaz satıb.
"Bu il təqribən bu rəqəm 500 milyon kubmetr artacaq. Daha çox artıra bilməməyimizin səbəbi Avropsaya Azərbaycan qazını çatdıracaq infrastruktur artıq özünün imkanlarının son həddində işləyir. İndiki şəraitdə bundan yüksək həcmləri çatdıra bilmir. Biz bul Türkiyə bazarında 1 milyard kubmetrdən çox həcmi Türkiyə bazarında artıracağıq. Türkiyə və Avropa bazarlarında bizim manevr etmək imkanlarımız var. Bu ölkəmiz üçün yaxşı şərait yaradır. Bir bazarda imkanın limitlənəndə başqa bazarda onu əvəzləyə bilir."Abşeron" qaz-kondensat yatağının istismara verilmə tarixi çox uzun sürdü. Yatağın növbəti mərhələsini ən azı bu həcmdə çıxarılmasını 6 ilə gerçəkləşdirmək olar", - deyə
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən "Abşeron" qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılıb.Bu mərhələ sualtı hasilat quyusunu SOCAR-ın "Neft Daşları"ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.







