Azərbaycan SOCAR bərpa olunan enerji

Azərbaycan bərpa olunan enerji sahəsində mühüm potensiala malikdir - SOCAR

Bakı. TurkicWorld:

Azərbaycan "yaşıl" enerji, xüsusən külək enerjisi və ekoloji təmiz hidrogen sahəsində böyük potensiala malikdir.

TurkicWorld xəbər verir ki, bunu SOCAR-ın Xarici Əlaqələr Şöbəsinin rəhbəri Əli Şahbazov Bakıda keçirilən "Vişeqrad qrupu ölkələri və Azərbaycan" mövzusunda beynəlxalq seminarın açılışında deyib.

"Biz bərpa olunan enerji sahəsində böyük perspektivlərə malikik və bu sahədə təklif edə biləcəklərimiz var", - deyən Ə.Şahbazov Azərbaycanın həmçinin atmosferə metan tullantılarını azaltmağa çalışdığını əlavə edib.

O Azərbaycanın Avropa üçün mühüm qaz tədarükçüsü olduğunu qeyd edib.

"Azərbaycanla Vişeqrad qrupu ölkələri arasında neft tədarükü sahəsində artıq uzun müddətdir ki, davam edən uğurlu əməkdaşlıq mövcuddur və tərəfdaşlığın bu istiqamətini bundan sonra da inkişaf etdirmək niyyətindəyik", - Ə.Şahbazov sonda deyib.

Qeyd edək ki, seminar Rusiya-Ukrayna müharibəsinin fonunda yaranmış enerji böhranı ilə bağlı problemlərə və onların həlli yollarına həsr olunub. Tədbirdə həmçinin gələcək texnoloji transformasiyanın Vişeqrad qrupu ölkələri və Azərbaycan üçün çağırışları müzakirə olunacaq.

Seminarda Azərbaycan, Slovakiya, Polşa və Macarıstandan ekspert və rəsmilər, diplomatik korpus nümayəndələri iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Mövzuya görə xəbərlər