KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Bakı. TurkicWorld:

KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

TurkicWorld xəbər verir ki, bu barədə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov özünün "Twitter" hesabında yazıb.

"Tbilisidə bu gün keçirilən Gürcüstan-Azərbaycan biznes forumu çərçivəsində KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Sənədin hər iki ölkənin KOB-ları arasında əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəyinə inanırıq", - deyə Orxan Məmmədov əlavə edib.