İşğaldan azad edilmiş ərazilərin münbit torpaq ehtiyatı aqrar sektor üçün yeni imkanlar yaradıb - Orxan Məmmədov

İşğaldan azad edilmiş ərazilərin münbit torpaq ehtiyatı aqrar sektor üçün yeni imkanlar yaradıb - Orxan Məmmədov

Bakı. TurkicWorld:

Kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov "Caspian Agro 2023" və "InterFood Azerbaijan 2023" sərgilərində çıxışı zamanı deyib.

Sərginin açılış mərasimindəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sərgilərin KOB-ların satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasında önəmini qeyd edib.

Sədr bildirib ki, kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır. KOBİA da bu sektorlarda fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialı və investisiya cəlbediciliyi, kənd təsərrüfatı üçün münbit torpaq ehtiyatına malik olması aqrar sektor və qida sənayesi üçün yeni imkanlar yaradır. Dövlət-özəl əməkdaşlığı çərçivəsində bu potensialın reallaşdırılması aqrar və qida sənayesinin, nəticədə isə ölkə iqtisadiyyatının inkişafına öz müsbət töhfəsini verəcək. Agentlik "Caspian Agro" və "İnterFood Azerbaijan" sərgilərini dəstəkləyən qurumlar sırasındadır. Bununla yanaşı, KOBİA-nın təşkilatçılığı ilə qurulmuş xüsusi stenddə aqrar və qida sektorları üzrə KOB-ların məhsul və xidmətləri tanıdılır ki, bu da onların bazarlara çıxışının və satış imkanlarının genişləndirilməsini hədəfləyir.