AYİB ilə Azərbaycanın investisiya holdinqi arasında yük daşımaları sahəsində əməkdaşlığı nəzərdə tutan sənəd imzalanıb

AYİB ilə Azərbaycanın investisiya holdinqi arasında yük daşımaları sahəsində əməkdaşlığı nəzərdə tutan sənəd imzalanıb

Bakı. TurkicWorld:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərbaycanın investisiya holdinqi yük daşımaları sahəsində əməkdaşlığı nəzərdə tutan sənəd imzalayıblar.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev sosial şəbəkədəki hesabında yazıb.

Nazir müavininin paylaşımında sənədin AYİB-in Direktorlar Şurasının 32-ci İllik Toplantısı çərçivəsində imzalandığı deyilir.

"Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurasının 32-ci İllik Toplantısı çərçivəsində Azərbaycanın investisiya imkanlarına həsr olunmuş sessiyiada ölkəmizin işgüzar və investisiya mühitindən, bərpa olunan və yaşıl enerjidən və nəqliyyat-tranzit potensialından bəhs etdik. AYİB ilə Azərbaycanın investisiya holdinqi arasında yük daşımaları sahəsində əməkdaşlığı nəzərdə tutan sənəd imzalanıb", - Elnur Əliyev deyib.