Son dəqiqə

Azərbaycan UNESCO Mədəniyyət Nazirliyi Paris Adil Kərimli Beynəlxalq əməkdaşlıq mədəni irs Xalid Əl-Ənani

Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə olunub

BAKI,TurkicWorld

Paris şəhərində UNESCO-nun Baş qərargahında Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə UNESCO-nun Baş direktoru Xalid Əl-Ənani arasında görüş keçirilib.

TurkicWorld xəbər verir ki, bu görüş Xalid Əl-Ənaninin UNESCO Baş direktoru vəzifəsinə seçilməsindən sonra Azərbaycan tərəfi ilə ilk rəsmi görüş olub.

Görüş zamanı Azərbaycan ilə UNESCO arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə edilib.

Tərəflər mədəni irsin qorunması, qeyri-maddi mədəni irsin təşviqi, mədəniyyətlərarası dialoq və beynəlxalq humanitar əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Nazir Adil Kərimli Azərbaycanın UNESCO ilə tərəfdaşlığa xüsusi önəm verdiyini bildirib və ölkənin təşkilatın məqsəd və prinsiplərinə töhfələrini vurğulayıb.

O, Azərbaycanın mədəni müxtəlifliyin qorunması və mədəni irsin gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərdən danışıb.

Eyni zamanda, UNESCO-nun yeni rəhbərliyi dövründə təşkilatın fəaliyyətinin daha da güclənəcəyinə və qlobal çağırışlara daha çevik cavab verəcəyinə ümid ifadə olunub.

Tərəflər gələcəkdə birgə layihələrin icrası və mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi barədə razılığa gəliblər.

Mövzuya görə xəbərlər