Fidan Hacıyeva

Bakıda opera sənətinin xarici ulduzları ilə klassik musiqi gecəsi keçirilib

Bakı,TurkicWorld

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı çərçivəsində Landmark Rotunda Zal səhnəsində xarici opera sənəti ulduzlarının iştirakı ilə "Klassik musiqi gecəsi" konserti keçirilib.

TurkicWorld xəbər verir ki, Xarici qonaqlar Vyaçeslav Vasilyev (Rusiya), Ripalta Bufo (İtaliya), Qiorgi Çelidze (Gürcüstan) və Azərbaycanın Xalq Artisti Fidan Hacıyeva, Əməkdar Artist Anton Ferştandt, solistlər Aysel Abdullayeva, Adil Həsənov, Mahir Tağızadə, Orxan Cabbarov, Anar Həmidli, Aysu Əliyeva, Mehriban Kazımova, Alina Litvinova, Altun Süleymanov, Fəxmin Əhmədlinin çıxışları alqışlarla qarşılandı tamaşaçılar.

Xalq Artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə birinci Beynəlxalq Opera Festivalı 27 aprel-3 may tarixlərində keçirilir. Yeddi gün ərzində Bakı və Gəncənin müxtəlif konsert məkanlarında Azərbaycan klassiklərinin və dünya müəlliflərinin əsərləri təqdim olunur.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.World

Mövzuya görə xəbərlər