Bakı. TurkicWorld:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatçılığı ilə aprelin 27-dən martın 3-dək birincı Beynəlxalq Opera Festivalı keçiriləcək.
Layihənin əsas məqsədi Azərbaycanda klassik musiqinin təbliği və inkişafı, opera sənətinin yeni istedadlarının üzə çıxarılması və dəstəklənməsidir.
"Festival klassik incəsənət həvəskarları üçün böyük musiqi bayramı olacaq. Yeddi gün ərzində müxtəlif konsert məkanlarında Azərbaycan klassiklərinin və dünya müəlliflərinin əsərləri təqdim olunacaq, onları xaricdən də daxil olmaqla tanınmış artistlər ifa edəcəklər. Xüsusilə qeyd edirəm ki, istedadlı gənclər səhnədə ustalarla birlikdə çıxış edəcəklər. Festival möhtəşəm qala-konsertlə başa çatacaq", - deyə Fidan Hacıyeva bildirib.
İnformasiya dəstəyi - Trend.Az. Day.Az. Milli.Az. Azernews.Az, TurkicWorld