Son dəqiqə

Azərbaycan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi hazır geyim Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Yanvar ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 3 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz azalaraq, 3 milyon 180 min 12 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2026-ci ilin yanvar ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 1 milyard 340 milyon 771 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 16 milyard 699 milyon 252 min dollar məbləğində hazır geyim ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 16 milyard 699 milyon 760 min dollara bərabər olub.

Mövzuya görə xəbərlər