Orxan Məmmədov Tbilisidə Levan Vepxvadze ilə görüşüb

Orxan Məmmədov Tbilisidə Levan Vepxvadze ilə görüşüb

Bakı. TurkicWorld:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Tbilisidə Gürcüstanın Biznes Assosiasiyasının icraçı direktoru Levan Vepxvadze ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Orxan Məmmədov özünün "Twitter" hesabında yazıb.

"Tbilisidə Gürcüstanın Biznes Assosiasiyasının icraçı direktoru Levan Vepxvadze ilə görüşərək Gürcüstan-Azərbaycan biznes forumu çərçivəsində qurumlarımız arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələləri və əməkdaşlıq perspektivlərini müzakirə etdik", - deyə o qeyd edib.