İsveç Kosmik Şirkətindən atılan tədqiqat roketi səhvən Norveçə düşüb

İsveç Kosmik Şirkətindən atılan tədqiqat roketi səhvən Norveçə düşüb

Bakı, TurkicWorld:

Aprelin 25-də yerli vaxtla saat 08:20-də İsveç Kosmik Şirkəti atılan tədqiqat roketi səhvən Norveçə düşüb.

TurkicWorld xəbər verir ki, bu barədə İsveç Kosmik Şirkəti (SSC) bildirib.

Məlumata əsasən, roket 250 kilometr yüksəkliyə çatdıqdan sonra marşrutdan çıxaraq hesablandığından daha çox qərbə istiqamətə düşüb.

Bundan əlavə, Norveç Xarici İşlər Nazirliyinin sözçüsü ölkə rəhbərliyinin hər hansı icazəsiz fəaliyyətə çox ciddi yanaşdığını və dağıntıların çıxarılması üçün Norveçdən öncədən icazə alınmasının vacibliyini vurğulayıb.