Bakı, TurkicWorld:
Almaniyanın xarici işlər naziri Annalena Berbokun Çinin xarici işlər naziri Qin Qanqla Pekin şəhərində görüşü baş tutub.
TurkicWorld xəbər verir ki, Annalena Berbok Çini Ukraynadakı müharibəni dayandırmaq üçün Moskvaya təsir göstərməyə çağırıb.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 24 fevral 2022-ci ildə Krımın Rusiya tərəfindən qeyri-qanuni ilhaq edilməsi, daha sonra Donetsk və Luhansk vilayətlərinin işğalı ilə başlayıb. Bu müharibə İkinci Dünya müharibəsindən sonra Avropa ərazisində baş vermiş ən geniş miqyaslı müharibə hesab olunur.