ABŞ müdafiə naziri Estoniyaya səfər edəcək

ABŞ müdafiə naziri Estoniyaya səfər edəcək

Bakı. TurkicWorld:

ABŞ-ın müdafiə naziri Lloyd Ostin cümə axşamı Estoniyaya səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, L.Ostin səfər çərçivəsində Estoniyanın baş naziri Kaya Kallas və müdafiə naziri Xanno Pevkur ilə görüşəcək.

Tərəflər Ukraynaya dəstək, ikitərəfli müdafiə əməkdaşlığı və NATO-nun fəaliyyəti ilə bağlı məsələləri müzakirə edəcəklər.