Son dəqiqə

Donald Tramp: İranın yeni liderləri ilə danışıqlara hazıram Trampdan İran bəyanatı: Hərbi əməliyyatlar qrafiki qabaqlayır Vaşinqton və Tehran arasında yeni dialoq imkanı: Tramp yaşıl işıq yandırdı Tramp: İranda hərbi kampaniya inanılmaz uğurla davam edir ABŞ Prezidenti: İranın yeni rəhbərliyi dialoq istəyir Trampdan eksklüziv açıqlama: İrana qarşı əməliyyatlar sürətlənib

İranın yeni rəhbərliyi dialoq istəyir - Tramp

BAKI, TurkicWorld

ABŞ Prezidenti Donald Tramp "The Atlantic" jurnalına verdiyi eksklüziv müsahibədə İranın yeni rəhbərliyinin Vaşinqtonla dialoq qurmaq istədiyini və bu təklifi qəbul etdiyini bəyan edib.

TurkicWorld xəbər verir ki, Tramp yeni rəhbərliklə danışıqlara hazır olduğunu bildirsə də, hələlik konkret görüş vaxtının müəyyən edilmədiyini qeyd edib.

Eyni zamanda Donald Tramp "CNBC" və "Fox News" telekanallarına verdiyi açıqlamalarda İrana qarşı davam edən hərbi kampaniyanın gedişatından məmnunluğunu ifadə edib.

"Hərbi əməliyyatlar nəzərdə tutulan qrafikdən daha sürətlə irəliləyir."-deyə o bildirib.

Tramp hazırkı vəziyyəti "inanılmaz uğur" kimi xarakterizə edərək, hər şeyin ABŞ-ın maraqlarına uyğun şəkildə qaydasında getdiyini vurğulayıb.