Son dəqiqə

El Menchonun ölümündən sonra Meksikada rəqəmsal müharibə: Kartellər xalqı qorxudur Meksika kartellərindən yeni taktika: Süni intellektlə saxta terror xəbərləri yayılır Qvadalaxara hava limanı zəbt edilib? Meksika hökuməti dezinformasiya dalğasına qarşı Meksika təhlükəsizlik naziri: Yalan yayan hesablar birbaşa kartellərə bağlıdır Rəqəmsal terror: Meksika cinayətkar qruplaşmalarının sosial media strategiyası

Meksika kartelləri internet vasitəsilə terror yayır

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Meksika təhlükəsizlik qüvvələrinin ölkənin ən çox axtarılan kartel rəhbəri "El Mencho"nu zərərsizləşdirməsindən sonra sosial şəbəkələr saxta zorakılıq xəbərləri ilə dolub.

TurkicWorld xəbər verir ki, "Xalisko — Yeni Nəsil" (CJNG) kartelinin lideri Nemesio Oseguera Cervantesin ("El Mencho") bazar günü öldürülməsinə cavab olaraq tərəfdarları real dünyada yolları bağlayıb, avtobusları və mağazaları yandırsalar da, virtual məkanda vəziyyət daha dəhşətli təsvir edilib.

Qvadalaxara hava limanının silahlılar tərəfindən zəbt edilməsi kimi yalan xəbərlər on minlərlə dəfə paylaşılaraq əhali arasında panika yaradıb.

Mütəxəssislər qeyd edirlər ki, kartellər artıq rəqəmsal texnologiyalardan və süni intellektdən aktiv istifadə edirlər. Pensilvaniya Universitetinin dosenti Ceyn Esberq vurğulayır ki, bu strategiyanın əsas məqsədi hökumətin ölkəyə nəzarəti itirdiyi barədə rəy formalaşdırmaqdır. Saxta görüntülər və botlar vasitəsilə zorakılıq dalğası real miqyasından qat-qat böyük göstərilir.

Meksika Təhlükəsizlik naziri Qarsiya Harfuş bəyan edib ki, cinayətkar qruplarla birbaşa əlaqəsi olan onlarla sosial şəbəkə hesabı aşkar edilib və dərin araşdırma aparılır. Prezident Klaudiya Şeynbaum isə rəsmi qurumların dezinformasiyanı təkzib etmək üçün gücləndirilmiş iş rejiminə keçdiyini bildirib.