Son dəqiqə

Abbas Araqçidən Cenevrə mesajı: Nüvə sazişi üçün tarixi fürsət yaranıb İran və ABŞ Cenevrədə masaya oturur: Nüvə danışıqlarında həlledici raund Trampın zərbə hədəsi və Araqçinin diplomatiya çağırışı: Gərginlik bitəcəkmi? Nüvə sazişi əlçatandır: İran XİN-dən ABŞ-la görüş öncəsi mühüm bəyanat İranın nüvə proqramı: Cenevrədə üçüncü raund danışıqlar başlayır Qətər bazasına hücumdan diplomatiyaya: Tehran və Vaşinqton arasında yeni mərhələ

Nüvə sazişi "əlçatandır"-İran XİN

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İranın Xarici İşlər naziri Abbas Araqçi ABŞ ilə bu həftə keçiriləcək mühüm danışıqlar öncəsi nüvə sazişinin əldə olunmasının mümkünlüyünü bəyan edib. Nazir vurğulayıb ki, diplomatiyaya üstünlük verilərsə, tərəflər arasında "tarixi saziş" imzalana bilər.

TurkicWorld xəbər verir ki, Abbas Araqçi "X" sosial şəbəkəsindəki paylaşımında qarşılıqlı narahatlıqları aradan qaldıran və maraqları təmin edən bir razılaşmanın "əlçatan" olduğunu bildirib.

Cenevrə görüşləri bölgədə ABŞ-ın hərbi mövcudluğunu artırdığı və Prezident Donald Trampın "saziş olmasa, zərbə endiriləcək" hədələri fonunda baş tutur.

Tehran hər hansı bir hücuma, hətta məhdud miqyaslı olsa belə, sərt cavab verəcəyini və bunu "təcavüz aktı" kimi qiymətləndirəcəyini bəyan edib.

Əraqçi İranın heç bir halda nüvə silahı hazırlamayacağını, lakin dinc məqsədli nüvə texnologiyasından istifadə hüququndan vaz keçməyəcəyini vurğulayıb.

Ötən il keçirilən beş raundluq danışıqlar İsrailin İrana görünməmiş hücumu və buna cavab olaraq başlayan 12 günlük müharibə ilə kəsilmişdi. Həmin vaxt ABŞ da İranın əsas nüvə obyektlərinə zərbələr endirmiş, İran isə buna cavab olaraq İsraili və ABŞ-ın Qətərdəki ən böyük hərbi bazasını hədəf almışdı.

Hazırkı diplomatik səylər məhz bu hərbi eskalasiyanın təkrar olunmaması və regionda sabitliyin bərpası məqsədini daşıyır.