Son dəqiqə

USS Gerald Ford Kritdə: ABŞ-dan İrana qarşı nəhəng hərbi yığıncaq Dünyanın ən böyük aviadaşıyıcısı Yaxın Şərq yolunda: Ford Souda bazasına çatdı Trampın İran xəbərdarlığı: İki aviadaşıyıcı yenidən regionda birləşir Kritdə hərbi hərəkətlilik: USS Gerald Fordun gəlişi gərginliyi artırdı ABŞ-dan Tehranın nüvə proqramına qarşı Ford həmləsi Aralıq dənizində strateji dayanacaq: Nəhəng gəmi İrana doğru irəliləyir

Dünyanın ən böyük aviadaşıyıcısı "USS Gerald Ford" Yunanıstana çatıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Dünyanın ən böyük hərbi gəmisi olan "USS Gerald R. Ford" aviadaşıyıcısı Krit adasındakı Souda körfəzi bazasına çatıb. Gəmi ABŞ-ın Yaxın Şərqdəki hərbi gücünü artırmaq məqsədilə bölgəyə göndərilən genişmiqyaslı donanmaya qoşulmağa hazırlaşır.

TurkicWorld xəbər verir ki, "Ford"un Yunanıstanın Krit adasına çatması regionda hərbi gərginliyin yeni mərhələyə keçdiyini göstərir.

Hazırda ABŞ-ın Yaxın Şərqdə 10-dan çox döyüş gəmisi, o cümədən "USS Abraham Lincoln" aviadaşıyıcısı, 9 esmines və 3 sahil döyüş gəmisi var. Regionda eyni vaxtda iki nəhəng aviadaşıyıcının olması nadir hadisə hesab olunur. Sonuncu dəfə ötən ilin iyun ayında, İsrail-İran müharibəsi zamanı ABŞ bölgədə iki aviadaşıyıcı yerləşdirərək İranın üç nüvə obyektini bombalamışdı.

Donald Tramp birinci prezidentlik dövründə 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdıqdan sonra İran uranı 60 faiz səviyyəsində (bomba üçün lazım olan 90 faizə yaxın) zənginləşdirməyə başlayıb. Tehran proqramın dinc məqsədli olduğunu iddia etsə də, Qərb ölkələri onun atom silahı hazırlamasından ehtiyat edir. Ötən il aparılan nüvə diplomatiyası isə İsrailin İrana qarşı qəfil hərbi kampaniyası nəticəsində iflasa uğrayıb.

Souda körfəzi bazası hazırda 1000-dən çox hərbi və mülki personala ev sahibliyi edir və ABŞ-ın Aralıq dənizindəki ən mühüm strateji nöqtələrindən biri hesab olunur.