Son dəqiqə

CİA-nın əfsanəvi kəşfiyyatçısı Qraham Fuller vəfat etdi Aron Fellerin prototipi Qraham Fuller 89 yaşında öldü Yaxın Şərq üzrə məşhur mütəxəssis Qraham Fuller kim idi? Türkiyənin çevrilişdə ittiham etdiyi Qraham Fuller dünyasını dəyişdi Fuller və İran fəlsəfəsi: Şərqin Qərbinin sonuncu analitiki Məşhur kəşfiyyatçı və yazıçı Qraham Fuller vəfat edib

Mərkəzi Kəşfiyyat İdarəsinin Yaxın Şərq üzrə tanınmış eksperti Qraham Fuller vəfat edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) ən nüfuzlu simalarından biri, Yaxın Şərq və İslam dünyası üzrə tanınmış analitik Qraham Fuller 89 yaşında dünyasını dəyişib.

TurkicWorld xəbər verir ki, beynəlxalq kəşfiyyat dairələrində geniş nüfuza malik olan Fullerin yanvar ayında vəfat etdiyi məlum olub.

Uzun illər kəşfiyyat sistemində mühüm vəzifələr tutan Fuller, xüsusilə Əfqanıstan, Türkiyə və bir sıra ərəb ölkələrində fəaliyyət göstərib.

Qraham Fuller təkcə kəşfiyyatçı deyil, həm də strateji mövzular üzrə bir çox fundamental əsərlərin müəllifi kimi tanınırdı. Onun "Yeni Türkiyə Cümhuriyyəti" və "Siyasi İslamın Gələcəyi" kimi kitabları regionun siyasi xəritəsinin təhlili baxımından mühüm mənbə hesab olunur. Türkiyə ictimaiyyətində isə Fuller adı tez-tez Fətullah Gülənə dəstək verməkdə və 2016-cı il hərbi çevriliş cəhdində iştirakda ittihamlarla hallanırdı. Hətta məşhur "Kurtlar Vadisi" serialındakı "Aron Feller" obrazının məhz onun prototipi olduğu iddia edilir.

Fullerin Yaxın Şərq fəlsəfəsində İran xüsusi yer tuturdu. O, İranı "Şərqin Qərbi" adlandıraraq, ölkədəki modernləşmə prosesinin şah dövründə başladığını, lakin bu prosesin ruhanilər tərəfindən tamamlandığını müdafiə edirdi. Fuller hesab edirdi ki, seçki institutunun mövcudluğu, parlamentarizm ənənəsi və hətta ali dini rəhbərin seçilmə proseduru İranı digər ərəb dövlətlərindən kəskin şəkildə fərqləndirir və onu Qərbə daha yaxın bir sistem halına gətirir.

Mişel Füko ilə bərabər İranı xüsusi bir mədəniyyət kultu hesab edən Fuller, "Böyük İrançılıq" fəlsəfəsinə və ölkənin qədim idarəçilik ənənələrinə dərin rəğbət bəsləyirdi. O, İranın bölgədə ən dayanıqlı siyasi sistemlərdən birinə malik olduğu fikrini müdafiə edirdi.